Koronaviruslu xəstələrdə şizofreniya yarana bilər - Alimlərdən şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Koronaviruslu xəstələrdə şizofreniya yarana bilər - Alimlərdən şok iddia

Sağlamlıq

06 May 2020 10:10 982


Aparılan elmi araşdırmalar koronavirusla bağlı daha bir qorxulu gerçəyi üzə çıxarıb.

Yenisabah.az xarici mətbuata istinadən bildirir ki, bu virusun mərkəzi sinir sistemini zədələdiyi məlum olub.

ABŞ-ın San-Dieqo şəhərində yerləşən Kaliforniya universitetinin mütəxəssisləri bu qənaətə gəliblər. pizza hut

Onların fikrincə, koronavirusa yoluxan hamilə qadınların uşaqlarında şizofreniya və ya digər psixoloji problemlər yarana bilər.

Alimlər bildirirlər ki, koronavirusu ağır keçirən xəstələrdə hallüsinasiya, illüziya kimi psixotik simptomlar müşahidə olunur. Xəstənin vəziyyəti yaxşılaşdıqda bu simptolar yoxa çıxır. Ancaq infeksiya mərkəzi sinir sistemini zədələyibsə, həmin simptomlar qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!