Koronaviruslu xəstələrin dərisində bu dəyişikliklər olur - Video

saytların hazırlanması

Evə çatdırılma

Koronaviruslu xəstələrin dərisində bu dəyişikliklər olur - Video

Sağlamlıq

05 May 2020 01:01 896


İspaniyanın Dermatologiya Akademiyasının alimləri COVID-19-a yoluxanların dərisindəki dəyişikliklərin araşdırmasını aparıblar.

Yenisabah.az xəbər verir ki, tədqiqat zamanı elm adamları 375 xəstənin dərisində baş verən dəyişikləri öyrənib və beş tip dəri səpkisini müəyyən ediblər.

COVID-19-a yoluxanların 19%-nin dərisində yanıq və ya donvurma zamanı yaranan suluqlar şəklində səpkilər olub. Bu tip əsasən cavanlar arasında müşahidə olunub. Səpkilər başlıca olaraq xəstənin əllərində yaranıb. Sezar pizza

Respondentlərin 19%-i də qaşınmaya səbəb olan övrə şəklində təzahürlərlə qarşılaşıblar.

Uçuğa oxşayan səpkilər 9%-də müşahidə olunub. Onlar əsasən bədəndə yaranıblar və qaşınma veriblər.

Araşdırılan koronaviruslu xəstələrin əksəriyyəti ləkəli papulozla üzləşiblər. Belə səpkilər çox vaxt ağır xəstələrin bədənində qeydə alınıb.

Əsasən COVID-19-un ağır formalarına yoluxan yaşlılar olmaqla, xəstələrin 6%-nin bədənində livedo (kapilyarların üzə çıxaraq torvari şəkil yaratması – red.) və nekroz (dəri hüceyrələrinin erkən ölməyi – red.) yaranıb.  /Medicina.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!