Korrupsioner məmurun əmlakının siyahısı 10 saata oxundu

saytların hazırlanması

Evə çatdırılma

Korrupsioner məmurun əmlakının siyahısı 10 saata oxundu

Rəsmi

26 Sentyabr 2019 22:52 1140


Moskva vilayətinin Klinski rayonunun keçmiş başçısı, vəzifə səlahiyyətindən sui-istifadə edən və rüşvət almaqda günahlandırılan Aleksandr Postriqanın əmlakının siyahısını məhkəmədə oxumaq üçün 10 saat vaxt lazım olub

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri  məlumat yayıb.

Məlumata görə, keçmiş məmur 22  il Klinski rayonunun başçısı vəzifəsini icra edib, üç il də həmin rayonun deputatı olub. 2018-ci ildə isə ölkəni tərk etmək istəyərkən tutulub. pizza

Postriqan işlədiyi müddət ərzində 1700 daşınmaz əmlakı obyektini, o cümlədən uşaq bağçalarını, tibb müəssisələrini, fabrikləri, istirahət zonalarını, meşə fondu ərazilərini və s. öz adına sənədləşdirib. Onun həbsindən sonra bütün bunların hamısı dövlətə qaytarılıb. Əldə edilən ümumi məbləğ doqquz milyard rubl qiymətləndirilir.

Müəyyən edilib ki, Postriqan qanunsuz yollarla  əldə etdiyi əmlaklarının əksəriyyətini qohumlarının adına rəsmiləşdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!