Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan BBC-yə müsahibəsində İrəvan-Bakı münasibətləri və Cənubi Qafqazdakı hadisələrə toxunub.
Yenisabah.az xəbər verir ki, o, rəsmi Bakını sülh müqaviləsində maraqlı olmamaqda ittihamlayıb:
"Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bəyan edir, lakin təəssüf ki, söz kifayət deyil, hərəkətə ehtiyac var. Toyuqlu pizza
"Fakt budur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin təklif etdiyi prinsiplərə əsaslanan sülh müqaviləsini başa çatdırmaqdan çəkinir”, - deyən nazir müavini əlavə edib ki, Azərbaycan tərəfi əvvəllər dəfələrlə münasibətlərin həllinə yönəlmiş danışıqlarda iştirakdan imtina edib.
Kostanyanın sözlərinə görə, Ermənistan tərəfi sülhün bərqərar olmasına, bu istiqamətdə müzakirələrin aparılmasına və qonşu Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir. O hesab edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımalıdır, bu məsələdə qeyri-müəyyənlik ola bilməz.
“Almaatı Bəyannaməsinə uyğun olaraq, dəqiq sərhədə malik olmaq lazımdır. Həmçinin, ölkələrin suverenliyini nəzərə alacaq və onlara hörmət edəcək nəqliyyat kommunikasiyalarının açılması prinsipləri razılaşdırılmalıdır”, - deyə Ermənistan xarici işlər nazirinin müavini bildirib.
Telegram kanalımız