KTMT-nin baş katibi İrəvana getdi

saytların hazırlanması

Evə çatdırılma

KTMT-nin baş katibi İrəvana getdi

Rəsmi

21 Dekabr 2023 16:48 1365


Ermənistanın KTMT-dən ciddi narazılığı fonunda təşkilatın baş katibi İmanqali Tasmaqambetov bu gün İrəvana gedib.

Yenisabah.az xəbər verir ki, o, Tasmaqambetov İrəvanda Minskdə keçirilən və ondan çox sənədin qəbul edildiyi son sammitin nəticələrini müzakirə etməyə hazırlaşır.

KTMT baş katibi bu paketlə İrəvana gedib ki, İrəvan da ona qoşulsun. pizza

Səfər çərçivəsində İ. Tasmaqambetov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. 

Böyük ehtimalla qeyd olunan paketə KTMT-nin vahid hava hücumundan müdafiə sisteminin yaradılması məsələsi də daxildir.

Xatırladaq ki, rəsmi İrəvan KTMT iclaslarını boykot etməklə yanaşı, ilin əvvəlində strukturun Ermənistan ərazisində hərbi təlimlərini qəbul etməyib, təşkilatın baş katibinin müavininin kvotasından imtina edib, sentyabrda isə öz nümayəndəsini geri çağırıb. KTMT və hələ də yeni səfir təyin etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!