“Lənət serial“ - Nazir “Çuxur“dan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Lənət serial“ - Nazir “Çuxur“dan danışdı

Rəsmi

27 Oktyabr 2019 16:29 1771


Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu reytinq rekordu qıran "Çuxur" və "Adana sıfır bir" serialını sərt tənqid edib.

"Yeni Sabah" xəbər verir ki, Nazir sözügedən serialların uşaqların beynini zəhərlədiyini söyləyib.

“Çuxur” adlı lənət bir serial var. Onun qədər ola bilmiriksə, yazıqlar olsun. Bir də "Adana sıfır bir" serialı var, ikisinin təsir dairəsi qədər təsir dairəsi formalaşdıra bilmiriksə, yandıq", - deyə Soylu bildirib. pizza sifarişi

Onun sözlərinə görə, hər iki serial insanları Türkiyə mədəniyyətindən uzaqlaşdırır:

"Mən də heyrətlə baxıram, universitet müəllimləri nə işə yarayır? Bu işlərlə əlaqədar mədəniyyət xadimləri nə edir? Xüsusilə bu seriallarla əlaqədar ortalığa nə qoyurlar? Bizim uşaqlara öyrətməli olduğumuz şeylər tamamilə başqadır, kimlərsə uşaqlarımızı zəhərləyirlər. Bunu təəssüf ki, sadəcə seyr edirik. Uşaqlarımızın və gənclərimizin yönünü xeyrə, doğru işlərə istiqamətləndirməliyik". /Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!