“Liverpul”un futbolçusu faciəvi şəkildə həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul”un futbolçusu faciəvi şəkildə həlak oldu

İdman

03 İyul 2025 14:03 654


"Liverpul"un və Portuqaliya millisinin üzvü Diogo Jota faciəvi şəkildə həlak olub.

Yenisabah.az xəbər verir ki, 28 yaşlı vinger iyunun 3-nə keçən gecə İspaniyanın Zamora əyalətində avtomobil qəzası keçirib və qardaşı ilə birlikdə dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi A-52 magistralının 65-ci kilometrliyində, Palasios-de-Sanabriya bələdiyyəsi ərazisində baş verib. Futbolçunun 26 yaşlı qardaşı Andre ilə birlikdə olduğu avtomobil yoldan çıxaraq aşıb və yanıb. pizza hut

Bu il iyunun 22-də Jotanın toyu olmuşdu.

Jota daha çox "Liverpul"dakı çıxışları ilə tanınır. Bu klubun tərkibində o, İngiltərə çempionu olub, ölkə kubokunu və İngiltərə Liqa kubokunu qazanıb. Dieqo 2020-ci ildən "qırmızılar"da çıxış edirdi. Portuqaliyalı futbolçu əvvəllər "Vulverhempton", "Atletiko", "Portu" və "Paços de Ferreyra" klubunun şərəfini qoruyub.

Portuqaliya millisi ilə birlikdə Jota iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!