Maaş və pensiyalar   YENİDƏN ARTIRILACAQ? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Maaş və pensiyalar YENİDƏN ARTIRILACAQ? - AÇIQLAMA

Sosial

02 Aprel 2026 20:08 4529


Azərbaycanda belə ənənə var ki, may-iyun aylarında büdcəyə əlavələr və dəyişikliklər oluna bilər. Yəqin ki, mayın sonu iyun ayının əvvəllərində parlamentə büdcəyə əlavələr və dəyişikliklərlə bağlı qanun layihəsi təqdim olunacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu Unikal-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, burada bəzi sosial xərclərin, maaşların və təqaüdlərin artırılması nəzərdə tutula bilər.

"Bundan əvvəlki müzakirələrdə hər il minimum əməkhaqqının artırılması ilə bağlı təklif var idi. Bu il hələki minimum əməkhaqqı artırılmayıb. Ona görə minimum əməkhaqqının və minimum təqaüdün artırılması ilə bağlı qanunvericilik təklifləri ola bilər. Düşünürəm ki, ən azı 10-15%-lik artımlar gözlənilir". Sezar pizza

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub. Hazırda isə "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 100 dollardan baha satılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!