“Maaşla ev almaq artıq nağıldır”

saytların hazırlanması

Evə çatdırılma

“Maaşla ev almaq artıq nağıldır”

Şou

07 Noyabr 2025 12:46 500


Rövşanə Ağasəfqızı mənzil satışı ilə bağlı aldadıcı reklamlar barədə fikirlərini bölüşüb.

"Yeni Sabah"  xəbər verir ki, aparıcı proqramında kredit məbləğlərinin çox yüksək olmasından narazılığını ifadə edib:

“Tez-tez elə reklamlarla rastlaşıram ki, guya 24 min manat ödəməklə ev sahibi olmaq mümkündür. Hətta biri elə idi ki, 15 min manata şəhərin mərkəzində ev vəd edirdi. Maraqlanmaq üçün zəng etdim, sanki qarşıda süni intellekt dayanmışdı — mexaniki şəkildə cavab verir, amma nə izahı aydın olur, nə də konkret şərtlər. pizza sifarişi

Sonradan məlum oldu ki, ayda 5 min manat ödəniş etməlisən. Əgər bir insan aylıq 5 min ödəyə bilirsə, bir neçə ay yığıb evi nağd ala bilər. Əvvəlcədən 15 min, sonra 2-3 il ərzində hər ay 5 min manat ödəmək lazımdır, amma nə qədərinin faizə, nə qədərinin əsas borca getdiyi bəllidir.

Bu cür reklamlar sadəcə insanları cəlb etmək məqsədi daşıyır. Ayda 3-5 min manat qazanan gəncin ipotekaya ehtiyacı yoxdur, o pulu yığıb özü ev ala bilər. Əgər elədirsə, niyə faizlə borca girsin? Ev almaq üçün ipoteka götürmək üçün gərək 5-10 min manat maaş alasan”.

Aparıcı əlavə edib ki, bu vəziyyət ailələri də narahat edir:

“Valideynlər düşünür ki, oğlumu evləndirəcəyəm, amma evi yoxdur. Amma maaşla ev almaq artıq nağıldır. Evlərin qiyməti 150 mindən başlayır, şəhər mərkəzində isə 250 min manatı keçir. Bu, sadəcə inanılmaz rəqəmlərdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!