“Madam ki, Paşinyan “vəssalam” deyir...”

saytların hazırlanması

Evə çatdırılma

“Madam ki, Paşinyan “vəssalam” deyir...”

Rəsmi

27 Sentyabr 2019 06:25 1083


Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-York görüşü də gözlənildiyi kimi nəticəsiz qaldı. 

Bəzi siaysi ekspertlər hesab edir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siaysətindən imtina etmədiyi, əksinə, Qarabağın Ermənistanın tərkib hissəsi olması ilə bağlı bəyanatlar səsləndirdiyi bir zamanda rəsmi Bakının hələ də danışıqlardan imtina etməməsi ölkəmizin zəifliyi, çarəsizliyi təəssüratını yaradır.

Həqiqətənmi Ermənistanın təhdid və həyasızlığı fonunda Azərbaycanın diplomatik danışıqları davam etdirtməsi ölkəmizin zəif və ümidsiz obrazını yaradır? Azərbaycanın Ermənistanla danışıqlardan imtina etməməsi ölkəmizin maraqları baxımından nə dərəcədə doğrudur? pizza

“Yeni Sabah” xəbər verir ki, Moderator.az-a açıqlama verən politoloq Eldar Namazov Ermənistanla diplomatik dannışıqları davam etdirməyin mənasız olduğunu, bunun milli maraqlarımıza cavab vermədiyini vurğuladı:

“Sözsüz ki, Ermənistanın məlum mövqeyi fonunda Azərbaycanı hələ də danışıqları davam etdirməsi ölkəmizin zəif olması ilə bağlı təsəvvür yaradır.  Hətta Minsk qrupunun sabiq həmsədrləri, məsələn, M.Brayza kimi təcrübəli insanlar qeyd edirdilər ki, Paşinyanın məlum bəyanatlarından sonra danışıqların mənası itib. 

Madam ki, Ermənistanın baş naziri “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir, vəssalam” deyir, o zaman danışıqlar nəyin ətrafında aparılacaq? Bu haqda Rusiyanın ekspertləri, diplomatları da mətbuatda çıxışlar edirdilər. 

Əslində, Paşinyanın bəyanatları diplomatik müstəvidə Ermənistanı təkləmək üçün çox yaxşı fürsətlər yaradırdı. Bunun üçün çox geniş imkanlar var idi. Lakin təəssüflər olsun ki, Azərbaycan diplomtiyası Ermənistanı sona qədər küncə sıxmağın əvəzinə, heç nə olmamış kimi Ermənistanla danışıqlarda iştirak etdi. Ermənistan bizim köməyimizlə danışıqların hələ də davam etməsi görüntüsünü yarada bildi. Mən bunu Azərbaycan diplomatiyası tərəfindən  tamamilə yanlış addım sayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!