Madrid məhkəməsi Ançelottini 1 il həbs cəzasına məhkum etdi

saytların hazırlanması

Evə çatdırılma

Madrid məhkəməsi Ançelottini 1 il həbs cəzasına məhkum etdi

İdman

09 İyul 2025 20:01 404


İspaniyanın “Real Madrid” futbol klubunun sabiq baş məşqçisi Karlo Ançelotti vergidən yayındığı üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Madrid Ali Məhkəməsi qərar qəbul edib.

İspaniya qanunlarına görə, adətən, 2 ilə qədər həbs cəzası şərti xarakter daşıyır. Sezar pizza

“Məhkəmə Ançelottini 2014-cü ilin vergi dövrü ilə bağlı cinayət törətdiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edir və 2015-ci ilin vergi dövrü ilə bağlı ona bəraət hökmü çıxarır”, - məlumatda deyilir.

Qeyd edək ki, Ançelottinin məhkəməsi aprelin 2-də başlayıb. “Relevo” portalının məlumatına görə, ittiham tərəfi hesab edirdi ki, Ançelotti 2014 və 2015-ci illərdə yalnız “Real Madrid”dəki maaşından vergi ödəyib, əlavə gəlir mənbələrindən yox. Borcun ümumi məbləği 1,062 milyon avro təşkil edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!