Masazırda “Vinçester”lə 3 nəfəri güllələdilər

saytların hazırlanması

Evə çatdırılma

Masazırda “Vinçester”lə 3 nəfəri güllələdilər

Kriminal

28 Aprel 2019 14:04 2291


Masazırda 3 nəfər "Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.

Hadisə qəsəbədəki "Yeni Bakı” yaşayış kompleksi ərazisində baş verib. Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester” markalı silahdan atəş açan "Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir. pizza hut

 Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!