Maştağada maşın ağaca çırpıldı: Ağır yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Maştağada maşın ağaca çırpıldı: Ağır yaralanan var

Hadisə

17 Dekabr 2019 22:52 1064


Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.  

"Yeni Sabah" xəbər verir ki, qəza Maştağa qəsəbəsində baş verib.  

Belə ki, 1995-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fərhad oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.   Dördpendirli pizza

Nəticədə avtomobil ağaca çırpılıb.  

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə olan sərnişinlər, 1995-ci il təvəllüdlü Muradov Fuad Firuz oğlu və 1997-ci il təvəllüdlü Əliyev Taleh Nəriman oğlu xəsarət alıb.  

Yaralılar 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. F.Muradovun qaraciyəri ağır zədələndiyindən reanimasiya şöbəsinə köçürülüb.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!