Məhkəmə “Şərurlu İsfəndiyar“la bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə “Şərurlu İsfəndiyar“la bağlı qərar verdi

Hadisə

26 Dekabr 2025 12:10 499


“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

“Yeni Sabah” xəbər verir ki, Binəqdədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ona bəraət verilib

Qeyd edək ki, İsfəndiyar Axundovun “Proqress 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırdığı iddia olunurdu. Dördpendirli pizza

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edərək onun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyirdi.

Məhkəmə onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək bəraət verib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!