2018-2019-cu tədris ilində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxtın idman məktəblərinin yetirmələri müxtəlif idman növləri üzrə beynəlxalq və respublika yarışlarında 214 qızıl, 222 gümüş, 231 bürünc olmaqla ümumilikdə, 697 medal əldə ediblər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə BŞTİ-nin 2018-2019-cu il statistikasında məlumat verilib.
Paytaxtımızın ev sahibliyi edəcəyi XV Avropa Gənclər Olimpiya Festivalına dəstək məqsədilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümumi təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilib. Marqarita pizza
Qeyd edək ki, festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) Bakı şəhərindən 50 məktəb iştirak edəcək.
Paytaxt məktəbliləri Avropa çempionatından qalibiyyətlə qayıdıblar. Çempionatda karate idman növü üzrə ölkəmizi təmsil edən 2 paytaxt məktəblisi - 147 nömrəli Texniki-humanitar liseyin X sinif şagirdi Tale Yaqubov və 187 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əminağa Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər.
Paytaxt məktəbliləri İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən böyük qalibiyyətlə Vətənə qayıdıblar. Onlardan 20-si qızıl, 7-si gümüş, 7-si isə bürünc medala layiq görülüb. Qeyd edək ki, İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə 1600-dən çox idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycanı təmsil edən bütün idmançılar parlaq çıxışları ilə yadda qalıblar.
297 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əli Sadıqzadə Gürcüstanda kikboksinq idman növü üzrə keçirilən beynəlxalq yarışda I yerə layiq görülüb. Final mərhələdə 2 erməni idmançını məğlub edən Ə.Sadıqzadə qızıl medal və diplomla mükafatlandırılıb.
Məktəblər arasında keçirilən respublika çempionatında voleybol idman növü üzrə I yeri Bakı şəhəri 269 nömrəli, basketbol idman növü üzrə I yeri Bakı şəhəri 269 nömrəli, III yeri Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın komandası tutub.
Qalib komandalar müvafiq olaraq Xorvatiyanın Poreç şəhərində və Yunanıstanın Heraklion şəhərində keçiriləcək məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb.
Telegram kanalımız