Məmur olmaq istəyənlər üçün kurslar açıldı

saytların hazırlanması

Evə çatdırılma

Məmur olmaq istəyənlər üçün kurslar açıldı

Sosial

04 Mart 2019 20:46 1068


Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ödənişli əsaslarla dövlət qulluğuna (BA və BB vəzifə qrupları üzrə), ədliyyə və məhkəmə orqanlarına qəbul olunmaq istəyən namizədlər üçün hazırlıq kursları təşkil edir.

"Yeni Sabah"ın məlumatına görə, kurslar hüququn müvafiq sahələri üzrə tədris proqramları əsasında Akademiya tərəfindən cəlb olunmuş təcrübəli təlimçilər tərəfindən aparılır.

Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı qeyd edilən telefon nömrəsi və e-mail vasitəsilə Akademiyaya müraciət edərək qeydiyyatdan keçə bilərlər. Sezar pizza

Telefon: (012) 493-71-31 (103)

E-mail: info@aaj.gov.az

Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!