Məmur olmaq istəyənlərin nəzərinə - Sənəd qəbulu davam edir

saytların hazırlanması

Evə çatdırılma

Məmur olmaq istəyənlərin nəzərinə - Sənəd qəbulu davam edir

Sosial

04 Mart 2019 17:25 970


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən beş dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir.

DİM-dən "Yeni Sabah"a bildirilib ki, martın 4-nə olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 54 nəfər ərizə verib. Ümumilikdə Hesablama Palatasında 6, Qida Təhlükəsizliyi Agentliyində 5, Mədəniyyət Nazirliyində 3, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 17 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Müsabiqə vəziyyəti ən çox Hesablama Palatasında (6 vakant yerə 32 nəfər) qeydə alınıb.

Xatırladaq ki, DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Namizədlər martın 7-si saat 18:00-dək mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!