“Mən yanvar ayında demişəm ki, Azərbaycanda koronavirus yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

“Mən yanvar ayında demişəm ki, Azərbaycanda koronavirus yoxdur”

Sağlamlıq

27 Aprel 2020 13:11 1182


“Mən bu günlərdə heç bir media orqanına Azərbaycanda koronavirusun və ona yoluxanların olmadığı barədə açıqlama verməmişəm”. 

Bu sözləri Yenisabah.az-a Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

O qeyd edib ki, belə bir açıqlama ilə bu ilin yanvar ayında çıxış edib. “Mən yanvar ayından demişəm ki, Azərbaycanda koronavirus və ona yoluxanlar yoxdur. Həmin vaxt da bu infeksiya hələ Azərbaycanda yayılmamışdı. Hətta həmin vaxt bu açıqlamanı məndən alan media orqanını da məhkəməyə vermişəm. Çünki mənim adımdan demədiyim fikirlər yazmışdılar.  Dominos pizza

Söhbət mənim bu fikirləri Allaha and içərək dediyimdən gedir. Mən o cür deməmişdim. Sadəcə bildirmişdim ki, Azərbaycanda hələ ki, bu infeksiyaya yoluxma faktı qeydə alınmayıb. İndi kimsə bu açıqlamnı yenidən tirajlayaraq çaşqınlıq yaradır”, - deyə baş epidemioloq bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!