“Məqsədim erməniyə qalib gəlmək idi” -   Sotomayor

saytların hazırlanması

Evə çatdırılma

“Məqsədim erməniyə qalib gəlmək idi” - Sotomayor

İdman

22 İyun 2019 18:52 1211


“Yarışa yaxşı hazırlaşmışıq. Mən də yaxşı formadayam. Məqsədim çıxışımı uğurla başa vurmaqdır”.

Bunu kubalı boksçumuz Lorenso Sotomayor deyib. 69 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız 1/16 final çərçivəsində ermənistanlı Qurqen Madoyana 5:0 hesabı ilə qalib gəlib. L. Sotomayor bildirib ki, rəqibi üzərində inamlı qələbəsində məşqçilər korpusunun da lazımı tövsiyələri rol oynayıb:

“İlk qarşılaşma bir qədər çətin olur. Mən də rəqibimi kifayət qədər analiz etmişdim. Bu cəhətdən də görüşdə ciddi çətinlik çəkmədim. Məqsədim erməniyə qalib gəlmək idi və 5:0 hesabı ilə qələbə qazandım”. pizza

Boksçumuz 1/8 finalda Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.

L. Sotomayorun sözlərinə görə, məqsədi tək bu görüşdə deyil, bütün qarşılaşmalarda qalib olmaqdır:

“Növbəti görüşdəki rəqibimi demək olar ki, tanımıram. Amma döyüşünə baxdım. Ona da qalib gəlmək istəyirəm. Hədəfim Bakıdakı Avropa Oyunlarında olduğu kimi, yenə bu turnirin çempionu olmaqdır”.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!