Mərkəzi Bank “eManat” və “Portmanat”a icrası məcbur göstəriş verdi:   SƏBƏB?

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank “eManat” və “Portmanat”a icrası məcbur göstəriş verdi: SƏBƏB?

İqtisadiyyat

17 Sentyabr 2025 16:17 512


Azərbaycan Respublikasının Mərkəzi Bankı sentyabr ayında iki ödəniş şirkətinə qarşı icrası məcburi göstərişlər verib.

Yenisabah.az xəbər verir ki, bu barədə AMB məlumat yayır.

Məlumata görə, “Modenis” MMC-də aparılan planlı yoxlama zamanı bir sıra qanunvericilik və normativ tələblərin pozulması aşkarlanıb. Bu səbəbdən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə, nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün şirkətə məcburi göstərişlər verilib. Toyuqlu pizza

Bundan əlavə, Mərkəzi Bank “Mobile Payment Solutions” MMC-yə də təshih tədbiri tətbiq edib. Qurumun açıqlamasına əsasən, şirkət ödəniş xidmətlərini reyestrə daxil edilməmiş ödəniş agentləri vasitəsilə göstərib. Bu səbəbdən Qanunun 63.1-ci maddəsinə uyğun olaraq, şirkətə agentlər vasitəsilə xidmətlərin dərhal dayandırılması barədə göstəriş verilib.

Mərkəzi Bank qeyd edib ki, tətbiq edilən tədbirlər sektorun sağlam inkişafını, qanunvericiliyə riayət olunmasını və risklərin idarə edilməsini təmin etməyə yönəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!