Mərkəzi  Bank İran rialına məzənnə təyin etməni dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank İran rialına məzənnə təyin etməni dayandırdı

İqtisadiyyat

01 Oktyabr 2025 12:29 516


Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) İran rialının manata qarşı məzənnəsinin müəyyən edilməsini dayandırıb.

Yenisabah.az yurd.media-ya istinadla xəbər verir ki, qurumun internet səhifəsində açıqladığı valyuta məzənnələrində İslam Respublikasının milli valyutası ilə bağlı göstərici öz əksini tapmayıb.

Bununla bağlı rəsmi açıqlama yoxdur, amma rialın məzənnəsinin müəyyən edilməməsi, çox güman ki, qonşu ölkədə hazırlıq gedən denominasiya ilə bağlıdır. pizza hut

Xatırladaq ki, bu il avqustun 4-də İran parlamentinin İqtisadiyyat komitəsi rialın adını dəyişdirmədən yenidən denominasiya haqqında qanun layihəsini təsdiqləyib.

Sənədə əsasən, bir yeni rial 10 min köhnə riala bərabər olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!