Məşhur tikinti şirkəti borca düşdü -   Müflis elan ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Məşhur tikinti şirkəti borca düşdü - Müflis elan ediləcək

İqtisadiyyat

29 Oktyabr 2025 08:47 3854


Azərbaycanda tikinti şirkəti müflis olub.

"Yeni Sabah" xəbər verir ki, "RS Construction" Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.

Buna səbəb şirkətin borca düşməsidir. pizza hut

Bakı Kommersiya Məhkəməsi noyabrın 18-də bununla bağlı işə baxacaq. 

Qeyd edək ki, "RS CONSTRUCTİON" tikinti, memarlıq, planlaşdırma, interyer və eksteryer layihələrinin hazırlanması, müxtəlif dizaynda fərdi yaşayış evlərinin, villaların, koteclərin və müxtəlif qeyri - yaşayış sahələrinin tikintisinin aparılması, tam şəkildə təmiri, eləcə də qabaqcıl avadanlıqların quraşdırılması üzrə ixtisaslaşmış şirkətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!