Meyvə-tərəvəzi yuyarkən bunu etməyin, orqanizm üçün zərərlidir

saytların hazırlanması

Evə çatdırılma

Meyvə-tərəvəzi yuyarkən bunu etməyin, orqanizm üçün zərərlidir

Sağlamlıq

26 Dekabr 2023 15:49 2539


Tərəvəz və meyvələrin yuyulması və suda saxlanması sağlamlıq üçün çox vacibdir.

Yenisabah.az xəbər verir ki, koronavirusun yayılmasından bəri sirkə və ya sodalı suda tərəvəzləri islatmaq adi hala çevrilib.

Mütəxəssislər kənd təsərrüfatında bitkilərə zərər verə biləcək zərərvericiləri və arzuolunmaz alaq otlarını məhv etmək üçün istifadə edilən pestisidlərin sağlamlığa son dərəcə zərərli olduğu barədə xəbərdarlıq ediblər. pizza

ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin apardığı araşdırmaya görə, qidaları axan təmiz suyun altında yaxşıca ovuşdurmaqla ən yaxşı şəkildə təmizləmək olar.

Elmi araşdırmalar sübut edib ki, meyvə və tərəvəzləri sodalı suda saxlamaq sikəli sudan daha faydalıdır və pestisidlərin daha yaxşı təmizlənməsinə kömək edir.

Pestisidlərin qida ilə insan orqanizminə daxil olması qan dövranı sisteminin pozulmasına, qaraciyər və böyrəklərdə xoşagəlməz xəstəliklərə səbəb ola bilər.

Bitkilərə zərər verə biləcək zərərvericiləri və arzuolunmaz alaq otlarını məhv etmək üçün kənd təsərrüfatında istifadə olunan pestisidlər sağlamlığınızı ciddi şəkildə təhdid edir. Bu kimyəvi maddələri aradan qaldırmaq üçün meyvə və tərəvəzləri düzgün təmizləmək lazımdır.

Araşdırmada qeyd edilir ki, meyvə-tərəvəzləri sirkəli suda saxlamaq bilinənin əksinə, orqanizmə daha da zərər verir.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!