MSK “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırladı

saytların hazırlanması

Evə çatdırılma

MSK “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırladı

Rəsmi

07 Yanvar 2024 12:17 1579


Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.

Yenisabah.az xəbər verir ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı ardıcıl və sistemli şəkildə davam edir. Qurumlararası əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.

Nəşrdə Prezident seçkilərinin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması, mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, habelə rol və vəzifələri aydın şəkildə göstərilib. Marqarita pizza

Polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan yaddaş kitabçası Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!