Mübariz İbrahimovun həyatından bəhs edən filmin təqdimatı keçirildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Mübariz İbrahimovun həyatından bəhs edən filmin təqdimatı keçirildi - Video

Sosial

06 Aprel 2023 21:38 1026


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə “Mübariz” adlı film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Mübariz” filminin nümayişi keçirilib.

90 dəqiqədən bir qədər artıq davam edən film 2 ilə ərsəyə gəlib. Film qəhrəmanımızın 5 yaşından şəhidlik zirvəsinə ucalana qədər davam edən şərəfli həyat yolundan bəhs edir. Çəkilişlər isə ölkəmizin müxtəlif bölgələrində aparılıb. Filmin əsas kadrları Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda yerləşən hərbi mövqedə çəkilib. Pepperoni pizza

AzTV istehsalı olan “Mübariz” filmi sabahdan kinoteatrlarda izləyicilərə təqdim olunacaq.

Filmin baş prodüsseri və ssenari müəllifi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzov, Mübariz İbrahimovu canlandıran baş rol ifaçısı isə Hüseyn Əliyevdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!