Müctəba Xamenei mübarizəni sonacan davam etdirəcək? - “Bu adam canidir”

saytların hazırlanması

Evə çatdırılma

Müctəba Xamenei mübarizəni sonacan davam etdirəcək? - “Bu adam canidir”

Dünya

10 Mart 2026 12:10 2045


“İranın 2 seçimi var: birincisi, Trampın dediyi kimi, təslim olmaq və diz çökmək; ikincisi, ABŞ və İsrailə qarşı sona qədər mübarizə aparmaq”.

Bu sözləri “Yeni Sabah”a şərqşünas Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, İranın yeni Ali Rəhbəri seçilmiş Seyid Müctəba Xamenei atası kimi mübarizə yolu tutaraq onu sonadək davam etdirmək əzmindədir: Toyuqlu pizza

“İran elan edib ki, onun məqsədi ABŞ-ni Yaxın Şərqdən vurub çıxarmaqdır. İndi baxaq görək yeni Ali dini lider Seyid Müctəba Xamenei İran xalqını İsrail və ABŞ-yə yeni müqavimət formalaşdıra biləcəkmi. Əslində, Seyid Müctəbadan daha nüfuzlu, hörmətli və dərin biliyi olan ayətullahlar var idi. Amma əhali təkidlə bildirdi ki, İranın seçimi mübarizədir, döyüşdür”.

Politoloq vurğulayıb ki, İran xalqı hazırda ölüm-dirim savaşı aparır:

“Tramp hərdəmxəyal, satqın, əqidəsiz və əxlaqsız bir adamdır. Onun ipi sionist ağalarının əlindədir. Trampın bütün fəaliyyətini sionist milyarderlər yönəldir. Dəfələrlə sübut olunub ki, ABŞ Prezidenti bu güclərin iradəsindən kənar heç bir fəaliyyət yürüdə bilmir.

O, “İranla danışıqlara başlamalıyıq” deyəndə, Netanyahu və digər sionistlər dərhal onun ipini çəkdilər. Trampdan heç bir aman, ağıl, yaxud insanlıq gözləməyə dəyməz. Bu adam canidir. ABŞ məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarları ilə Tramp birmənalı olaraq cani sayılır. Netanyahu da onun tayıdır. İran xalqı üçün bir yol var: mübarizə. Ya ölüm, ya dirim, vəssalam”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!