Müctəba Xameneinin andiçmə mərasimi başladı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Müctəba Xameneinin andiçmə mərasimi başladı - FOTOLAR

Dünya

09 Mart 2026 16:00 659


İranın paytaxtı Tehranda ölkənin yeni Ali Rəhbəri Müctəba Xameneinin andiçmə mərasimi başlayıb.

“Yeni Sabah” xəbər verir ki, mərasimi paytaxtın İnqilab Meydanında geniş xalq kütləsinin iştirakı ilə keçirilir.

Meydana toplaşan minlərlə insan İranın üçrəngli bayraqlarını, həmçinin yeni Ali Rəhbərin şəkillərini qaldıraraq “Ləbbeyk ya Xamenei” şüarını səsləndirirlər. Dominos pizza

Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində öldürülüb.

İslam Respublikasının Ekspertlər Şurası ötən gecə Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Rəhbəri seçib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!