Müdafiə Nazirliyi komandolarla bağlı məlumat yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi komandolarla bağlı məlumat yaydı - Video

Rəsmi

12 Yanvar 2024 18:49 2191


Azərbaycan komandoları şərti düşmən müdafiəsinin yarılması tapşırığını icra ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir. Dominos pizza

Məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin relyefli ərazilərdə taktiki yerdəyişmə fəaliyyətləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!