Müdhiş oğurluq planı – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Müdhiş oğurluq planı – Fotolar

Hadisə

22 Dekabr 2019 10:02 1600


Dünən Almaniyanın Hamburg şəhər dəmiryolu vağzalında oğurluğa cəhd edilib. 

Adları istintaqa məlum olmayan bir neçə nəfər dəmiryolu ilə daşınan, dəyəri 142.000 avrodan (240 min manat)  yuxarı olan Mercedes-Benz S klass “Maybach” model avtomobili qaçırmağa cəhd göstəriblər. 

Onlar avtomobili qatardan endirmək istəsələr də, məqsədlərinə nail ola bilməyiblər. Avtomobilin ön hissəsi aşağı endirilərkən dəmir yolu reyslərinə dəyərək zədə alsa da, arxa hissəsi sıxışıb qalmışdır.  pizza hut

Cinayətkarlar planlarının baş tutmayacaqlarını anlayaraq dərhal hadisə yerindən uzaqlaşıblar. Hadisə yerinə cəlb edilən polislər barmaq izi vasitəsi ilə cinayətkarların izinə düşmək üzərindədir. 

Məlumat üçün bildirək ki, bu cür transport logistik daşımalarda yükləmə-boşaltmanı asanlaşdırmaq üçün avtomobillərin açarları üzərində və qapıları açıq şəkildə olur. Lakin avtomobillər "transport rejim”də olduqları üçün bir çox funksiyaları offline rejimdə olur və mühərrik 10 faiz gücündə çalışır...

(avtosfer.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!