Antalyada 26 ibtidai sinif şagirdinə cinsi istismar edən müəllim 621 il həbs cəzasına məhkum edilib. Lakin bu qərardan bir müddət sonra daha bir faktın üstü açılıb.
Yenisabah.az xəbər verir ki, “müəllim”in daha bir şagirdi istismar etdiyi müəyyənləşib və o, yenidən hakim qarşısına çıxarılıb.
Məhkəmə prosesində şagirdin valideyni də iştirak edib. Ata hadisəni 2015-ci ildə boşandığı keçmiş həyat yoldaşından öyrəndiyini açıqlayıb: pizza sifarişi
“Qızıma mən baxıram. Lakin mənə yox, anasına bu barədə məlumat verib. Keçmiş həyat yoldaşım müəllimin uşaqları masa ətrafına toplayaraq istismar etdiyini dedi. Mən də qızımla danışmağa qərar verdim. O isə müəllimin ona qarşı uyğunsuz hərəkətlər etdiyini dedi. Bu səbəblə də polisə müraciət etdim”.
Cinayətkar isə bütün bu iddiaları əvvəl olduğu kimi təkzib etməyə cəhd göstərib. Lakin məhkəmə bu hadisəni də qeydə alıb.
Telegram kanalımız