Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirildi

Mədəniyyət

04 Avqust 2024 14:52 4760


Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusu və Naxçıvan Dövlət Universitetində elektron formada 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda Bakıda 154, Naxçıvanda 6 abituriyent olmaqla, ümumilikdə 160 abituriyent iştirak edib. Toyuqlu pizza

Abituriyentlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək. Bakıda keçirilən imtahanda 133, Naxçıvanda isə 4 nəfər müvəffəqiyyət əldə edib.

İxtisaslar üzrə fənlərinin uyğunluğu və keçid balları burada təqdim edilib.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!