Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı bu gün Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair İctimai Dinləmə keçirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ADR-in sədri Qubad İbadoğlu məlumat verib.
Belə ki, dinləmədə AXCP, Milli Şura, ReAl, Ümid, VİP, AzDP, AXP partiyalarının sədrləri, ictimai siyasi təşkilatların rəhbərləri, ziyalılar, ekspertlər, jurnalistlər və diplomatik korpusun təmsilçiləri iştirak edib: Sezar pizza
"KXCP və Müsavat partiyası İctimai Dinləməyə dəvət alsalar da, VHP-nin sədri xarici səfərdə olmasına görə tədbirdə iştirak etməyib. Toplantıda beynəlxalq münasibətlər üzrə ekspert Xəqani Cəfərli məruzə ilə çıxış edib. Toplantıda çıxış edənlərin əksəriyyəti Azərbaycanın avro-atlantika məkanına səmərəli və hər iki tərəf üçün faydalı inteqrasiyasının tərəfdarı olduqlarını, müqavilədə Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasının təsbit olunmasını və bu sazişdən əvvəl Avropa Parlamentinin Tövsiyələrində Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanması üçün irəli sürülən şərtlərin yerinə yetirilməsini vacibliyini qeyd ediblər. Eyni zamanda İctimai Dinləmə iştirakçıları hakimiyyətdən Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl sənəd layihəsinin dərc edilməsini və ictimai müzakirəyə təqdim olunmasını tələb ediblər".
Telegram kanalımız