“Nar“ “Karyera həftəsi“ndə iştirak edib

saytların hazırlanması

Evə çatdırılma

“Nar“ “Karyera həftəsi“ndə iştirak edib

Sosial

04 Mart 2019 16:05 694


“Nar” mobil operatoru ADA Universitetinin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Karyera həftəsi”ndə iştirak edib. 

“Yeni Sabah” xəbər verir ki, gənclərin karyera qurmalarına dəstək məqsədilə keçirilən sərgidə “Nar” satış, marketinq sahələri üzrə vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. Sərgidə “Nar” stendinə maraq böyük olub.

Martın 1-də “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən karyera yarmarkasında 110-dan artıq dövlət və özəl şirkət iştirak edib. ADA Universitetində 7-ci dəfədir ki, təşkil edilən karyera yarmarkasına 2000-ə yaxın tələbə və məzun qatılıb. Qeyd edək ki, yarmarkanın keçirilməsində məqsəd, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaratmaq, onlara müxtəlif şirkətlərin insan resursları departamentinin nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı yaratmaqdır. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!