Narkotik alverçisi tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Narkotik alverçisi tutuldu

Kriminal

03 May 2019 16:35 916


Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçirib. 
DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!