Narkotikdən müalicə olunan tanınmış teleaparıcı mərkəzdən qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Narkotikdən müalicə olunan tanınmış teleaparıcı mərkəzdən qaçdı

Hadisə

08 Yanvar 2026 17:57 1199


Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən tanınmış teleaparıcı Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.

Bunu “Yeni Sabah”a açıqlamasında “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov bildirib.  

O qeyd edib ki, teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb: Marqarita pizza

“Nəsimi Nəbizadəni itirdik. 2 gün əvvəl mərkəzimizdən qaçıb. Tapa biləcəyimizi ümid edirdik. Evlərinə getdim, qardaşı bildirdi ki, evə gəlməyib. 1 nəfər zəng vurub dedi ki, Sovetskidə birlikdə yaşadığı 1 qadın var imiş. İndi onun axtarışındayıq. Bu gün dişlərinin müalicəsi yekunlaşacaqdı. Gələn il üçün də toy etməyi planlaşdırırdıq. Hələ də hadisənin şokunu yaşayıram”.

Qeyd edək ki, N.Nəbizadə ötən ilin sentyabrında “Qurtuluş” Reablitasiya Mərkəzinə yerləşdirilmişdi.

Aydan Hacı

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!