Narkotiklə tutulan baş redaktor - “Üzərimə oynanan möhtəşəm ssenarinin...“

saytların hazırlanması

Evə çatdırılma

Narkotiklə tutulan baş redaktor - “Üzərimə oynanan möhtəşəm ssenarinin...“

Kriminal

03 May 2019 08:13 890


“Mənim gecəm də, gündüzüm də xeyir içində deyil! Məni yaxından, ictimaiyyətdən tanıyan hər kəs necə bir qadın və insan olduğumu çox yaxşı bilir”.

“Yeni Sabah”ın məlumatına görə, bunu narkotiklə tutulan baş redaktor Şəöfəq Ağacan deyib. O bildirib ki, yanına planlı yerləşdirən bir işçisinin yardımıyla böyük bir böhtan atılıb və şərlənib:

“Bunu demək istəyirəm ki, bu günə qədər ayağımda, qolumda qüvvət olduqca bacardığım qədər xalqımın problemlərinə qaçmış və həll etməyə çalışmışam. Bu gün mən hərəkət edə bilmirəm və xalqımın mənə dəstək olmasını istəyirəm. Hazırda üzərimə oynanan möhtəşəm ssenarinin qurbanı olmaq istəmirəm. Xalqım üçün, vətənim üçün mübarizə aparmaq mənim bir Azərbaycan xanımı kimi borcumdur. Mən həmişə "Narkomaniya" bəlasına qarşı olan biri olmuşam, neçə Azərbaycan anası problemi üzərinə , Azərbaycanın qızı olaraq bir çox işlərə imza atmışam”. pizza sifarişi

Ş.Ağacan qeyd edib ki, bu gün məhkəməsi olacaq:

“Məni tanıyan hər kəsdən istəyim və xahişim məni tək qoymasınlar, tanımayanlar isə fəaliyyətimlə maraqlansınlar və qərarlarını versinlər. Hər şeydən öncə mən bir Azərbaycan anasıyam..Uzun müddətdir xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil. Bir daha səslənirəm mənə atılan bu iyrənc böhtana qarşı hər kəsin mənə dəstək olmasını gözləyəcəm”.

Qeyd edək ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Bakı Şəhər Baş Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Bakupress.az” saytının rəhbəri Şəfəq Ağacan Nərimanov rayonu ərazisində qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, Ş.Ağacan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!