“Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib”.
Yenisabah.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva bildirib.
Onun sözlərinə görə, hazırda 417 nəfər karantində saxlanılır: “Virusun laborator təyini üçün Muxtar Respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u müsbət reaksiyalı tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir”. Pepperoni pizza
Telegram kanalımız