“Planeta Parni iz Baku”nun, Tahir İmanovun fəaliyyəti , onların konsertləri üçün Heydər Əliyev sarayında şərait yaradılır. Dövlət tərəfindən hər hansı məhdudiyyətdən söz gedə bilməz”.
“Yeni Sabah” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib:
“Söhbət özəl telekanallardan gedir. Mən özəl kanalların fəaliyyətinə birbaşa müdaxilə edə bilmərəm, yalnız onlara tövsiyyə verə bilərəm. Tahir İmanovun yeni filminin təqdimatı oldu və bu, prezidentlə görüşün nəticəsi deyil. Məsələn, apreldə onların, daha sonra martda “Bu Şəhərdə”nin, digərlərinin konserti olacaq. Bunlar hamısı planlı şəkildədir. Dövlət tərəfindən məhdudiyyətlər qoyulmamışdı. Əminəm ki, biz gələcəkdə də əməkdaşlıq edəcəyik”. Marqarita pizza
Nazir qeyd edib ki, özəl telekanallarda bədii şuraların olması məsləhətdir:
“Özəl şirkətlər, kanallarla bağlı məsələyə qayıtmaq istərdim. Mən də istərdim ki, kanallarda hansısa səviyyəli , zəngin təcrübəli ziyalılardan ibarət bədii şura olsun. Onların veriliş keyfiyyətləri məşvərət şəklində müzakirə edilsin və tövsiyələr verilsin. AzTV, Mədəniyyət kanalıda bu artıq formalaşıb”.
Günay Rəsulqızı
Telegram kanalımız