Nazir: Zəngəzur dəhlizi həyati əhəmiyyət daşıyır

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Zəngəzur dəhlizi həyati əhəmiyyət daşıyır

İqtisadiyyat

10 Oktyabr 2025 17:54 326


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə keçirilən “Global Gateway Forum 2025” çərçivəsində təşkil olunan Qara dəniz – Strateji Tərəfdaşlıq Panelində iştirak edib.

Yenisabah.az "APA-Economics"ə istinadla xəbər verir ki, paneldə Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi rolu, nəqliyyat və rəqəmsallaşma sahəsində həyata keçirdiyi innovativ layihələr nəticəsində ölkəmizin Avropa ilə Asiya arasında təhlükəsiz və sürətli məlumat dəhlizi, eləcə də rəqəmsal körpü kimi formalaşması istiqamətində atılan addımlar barədə məlumat verilib.

Eyni zamanda infrastruktur sahəsində Azərbaycanın əldə etdiyi uğurların yalnız milli deyil, eyni zamanda regional davamlılığa xidmət etdiyi vurğulanıb. Bakı – Naxçıvan – Qars və Zəngəzur dəhlizlərinin bölgədə dayanıqlı və çevik nəqliyyat bağlantısının qurulması baxımından həyati əhəmiyyət daşıdığını qeyd edilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!