Nazirlər danışdı:   “Axıra qədər davam edin!”

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər danışdı: “Axıra qədər davam edin!”

Dünya

05 Mart 2026 11:33 267


ABŞ-nin müharibə naziri Pit Heqset  ilə İsrailin müdafiə naziri İsrael Katz arasında telefon danışığı olub.

“Yeni Sabah” xəbər verir ki, danışıq zamanı tərəflər İrana qarşı müharibə ilə bağlı vəziyyəti müzakirə ediblər.

Məlumata görə, İ.Katz ABŞ ordusunun altı hərbçisinin həlak olması ilə bağlı başsağlığı verib. Toyuqlu pizza

Pit Heqset İsrail tərəfinə dəstəyini ifadə edərək “Axıra qədər davam edin, biz sizinləyik” deyib.

İsrailin müdafiə naziri ABŞ Prezidenti Donald Trampa İsrailə göstərdiyi güclü dəstəyə görə təşəkkür edib. O vurğulayıb ki, Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran əleyhinə əməkdaşlıq regionun və dünyanın tarixini dəyişir.

İ.Katz həmçinin amerikalı həmkarına İsrailə göstərilən geniş dəstəyə və İranın raket təhdidlərinə qarşı İsrail vətəndaşlarının qorunmasına göstərilən yardımlara görə təşəkkür edib. O, iki ölkə orduları arasında müharibə məqsədlərinə nail olmaq üçün yaxın və misli görünməmiş əməkdaşlığın davam etdiyini bildirib.

Tərəflər telefon danışığı zamanı bundan sonra da sıx koordinasiyanı davam etdirmək və daimi əlaqəni qorumaq barədə razılığa gəliblər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!