Nazirlik “DOST Xonçası” bayramlaşma kampaniyasına başladı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik “DOST Xonçası” bayramlaşma kampaniyasına başladı

Sosial

05 Mart 2019 21:30 852


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tənha ahıl, yaşlı insanları əhatə edəcək “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başlayıb. 

“Yeni Sabah” xəbər verir ki, kampaniya tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etməkdir. Nazirliyin əməkdaşları aksiyanı Səbail rayonunda tənha yaşayan 80 yaşlı Mənzər Hüseynovanı ziyarət etməklə başlayıb. Ona “DOST Xonçası” təqdim edərək, bayramlaşdılar, həmsöhbət olublar.

Tənha ahıl vətəndaşlarımızı sevindirmək, onlarla bayramlaşmaq istəyən hər qurum və ya hər kəs bu aksiyaya qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə facebook səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmalarını xahiş edirik.  Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!