Türkiyənin Antalya şəhərində yaşayan Əli Bıdı adlı iş adamının nəcisi xəstələrə şəfa olur.
“Yeni Sabah” ölkə mediasına istinadən xəbər verir ki, veqan həyat tərzini seçən iş adamı ancaq meyvə və tərəvəzlə qidalanır. Buna görə də, onun bağırsaq florası yararlı bakteriyalarla zəngindir. Əli Bıdı nəcisini özəl xəstəxanalardan birinə bağışlayıb. Bunun qarşılığında isə həmin klinika universitet tələbələrinə təqaüd verir.
Qeyd edək ki, son illər bir çox xəstəliklərin müalicəsi üçün artıq dünyada yeni metoddan, nəcis nəqli metodundan istifadəyə başlanılıb. Qonşu Türkiyədə hələlik nəcis nəqli müxtəlif bağırsaq xəstəliklərinin müalicəsi və sağlam bakterioloji mühit yaradılması üçün istifadə olunur. Artıq aparılan təcrübələr sübut edib ki, bağırsaqdan bağırsağa nəcis nəqli vasitəsi ilə piylənmə, parkinson, xərçəng, astma, diabet kimi xəstəlikləri sağaltmaq mümkündür. Pepperoni pizza
Sabrina
Telegram kanalımız