“Neftçi” dünya futbol ulduzu ilə transfer danışıqlarına başladı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” dünya futbol ulduzu ilə transfer danışıqlarına başladı

İdman

06 İyul 2025 17:58 517


Yeni mövsümə hazırlaşan "Neftçi" dünyamiqyaslı futbol ulduzu ilə güclənə bilər.

Yenisabah.az Sportinfo.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Duqlas Koşta ilə danışıqlar aparırlar.

"Yuventus" və "Bavariya" kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır. Marqarita pizza

O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.

"Yuventus" formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.

Braziliya millisində 31 oyun keçirmiş ulduz futbolçu 2024-cü ilin yayından "Sidney"də çıxış edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!