"Neftçi” klubu futbolçusu Mirabdulla Abbasovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini uzadıb.
"Yeni Sabah" xəbər verir ki, anlaşmaya əsasən, 24 yaşlı hücumçu 2020/2021 mövsümünün sonunadək flaqmanın üzvü olacaq.
Bildirilir ki, Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün klub rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçu, həm də gələcəkdə komanda üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün bu mövsümün sonunadək "Səbail” klubuna icarəyə verilib. Dominos pizza
Qeyd edək ki, Mirabdulla Abbasov "Neftçi"nin yetirməsidir. O, 2014-2016, 2017-2019-cu illər ərzində komandanın heyətində 66 oyuna çıxıb və 13 qol vurub.
Telegram kanalımız