“Neftçi”nin yunan klubu ilə oyununun tarixi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin yunan klubu ilə oyununun tarixi məlum oldu

İdman

26 İyul 2025 15:38 464


“Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirəcək.

Yenisabah.az xəbər verir ki, “ağ-qaralar” Yunanıstanın “Asteras Tripolis” klubu ilə qarşılaşacaq.

Artıq görüşün başlama saatı da müəyyənləşib. Matç Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək. Oyun Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq. Pepperoni pizza

“Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!