“Nemət Mirşahinlə eyni yoldadır” - İsgəndər Həmidov

saytların hazırlanması

Evə çatdırılma

“Nemət Mirşahinlə eyni yoldadır” - İsgəndər Həmidov

Siyasət

29 Aprel 2019 15:48 989


Xəbər verdiyimiz kimi, jurnalist Mirşahin "Real TV”nin efirində Nemət Pənahlının keçmiş daxili işlər naziri İsgəndər Həmidovun ünvanına səsləndirdiyi təhqiramiz ifadələri yayımlayıb.

Məsələ ilə bağlı İ.Həmidov bildirib ki, Nemət Pənahlının sözləri onun üçün maraqsızdır: "Mənim o səsyazmadan xəbərim yoxdur. Heç maraqlı da deyil. Nemət nə deyir, desin, bu, onun qanacağı, mədəniyyətidir. Biz zəhmətimizlə, xalqa xidmətimizlə hər şeyə cavab verəcəyik. Onsuz da məni sağdan-soldan çox vururlar. Mən konkret qərara gəlmişəm ki, belə insanlara işimə, xalqa xidmət etməyimlə cavab verim. Mirşahinin yolu isə hamıya bəllidir, ara vurmaqla məşğuldur. Nemət də Mirşahinlə eyni yoldadır”.

Xatırladaq ki, telejurnalist Mirşahin Ağayev özünün müəllif proqramında sensasion səs yazısı yayımlayıb. Səs yazısında Azərbaycan Xalq Hərəkatının üzvlərindən Nemət Pənahlı İsgəndərovun Həmidovun ünvanına ağır ittihamlar və təhqiramiz sözlər dilə gətirir. Marqarita pizza

Bakupost


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!