Netanyahu Əli Laricaninin öldürülməsi əmrini belə verib -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu Əli Laricaninin öldürülməsi əmrini belə verib - FOTO

Dünya

17 Mart 2026 14:05 1057


İsrail höküməti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehrana endirilən hava zərbələri nəticəsində öldürülməsi ilə bağlı yeni paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, paylaşımda İsrailin Baş naziri Benyamin Netanyahu və digər vəzifəli şəxslər əksini tapıb.

Hökümət başçısının ofisinin paylaşdığı fotoda B.Netanyahu telefonla danışır, onun yanında olan şəxs isə qeydlər aparır. Dördpendirli pizza

İddiaya görə, görüntü B.Netanyahunun Əli Laricaninin öldürülməsi əmrini verdiyi an çəkilib.

Qeyd edək ki, İsrail mətbuatının yazdığına görə, martın 15-dən 16-na keçən gecə paytaxt Tehranda hədəf alınan obyekt və şəxslər arasında Əli Laricani də olub.

İsrailin müdafiə naziri İsrail Katz Ə.Laricaninin öldürüldüyünü deyib.

Bu məlumatlar yayılandan sonra Əli Laricani özünün sosial şəbəkə hesablarında paylaşım edib. O, İsrailin iddiası barədə heç nə deməyib, Denada xidmət zamanı şəhid olan İran Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin əsgərlərinə görə başsağlığı verib.

İran rəsmiləri məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!