Nikolya Sarkozi yenidən həbs ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Nikolya Sarkozi yenidən həbs ediləcək

Dünya

09 Mart 2026 23:03 395


Fransanın sabiq prezidenti Nikolya Sarkozi yenidən həbsə göndəriləcək.

"Yeni Sabah" xəbər verir ki, məhkəmə sabiq prezidentinin iki ayrı cinayət işi üzrə çıxarılan hökmlərin birləşdirilməsi barədə müraciətini rədd edib.

Söhbət telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı, həmçinin 2012-ci il prezident seçkisi kampaniyası zamanı saxta maliyyə hesabları ilə əlaqədar cinayət işlərindən gedir. Dominos pizza

Sarkozinin vəkilləri hər iki hökmün birləşdirilməsini və artıq çəkilmiş cəzanın digər iş üzrə də nəzərə alınmasını istəyiblər. Lakin məhkəmə bunun üçün hüquqi əsasların olmadığını bildirib.

Bu səbəbdən Nikolya Sarkozi əlavə olaraq altı ay həbsdə qalmalı olacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!