“Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur?“ - Məleykə Abbaszadə

saytların hazırlanması

Evə çatdırılma

“Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur?“ - Məleykə Abbaszadə

Sosial

05 Mart 2019 18:19 977


“Çox şadam ki, qadınlar indiki şəraitdə öz yolunu tutub, şəxsi bizneslərini qurmaqda maraqlıdırlar”.

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimat mərasimində bildirib.

“Keçirdiyimiz sorğuların nəticəsinə əsasən deyə bilərəm ki, yüksək bal toplayan uşaqların uğurlarının böyük səbəbkarı ali təhsilli valideynlər, xüsusilə də analardır. Qadınlar adət-ənənələrimizi qoruyub saxlamaqla yanaşı həm də müasir düşüncəyə malik olmalıdır. pizza mizza

Biz gərək stereotiplərin əsiri olmayaq. Çox zaman bu stereotiplər bizim əl-qolumuzu bağlayır. Ailə quranda bizdən belə bir istək olur: 7 oğul istərəm, bircə dənə qız, gəlin. Niyə? Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur? Qadınlar öz uğurları ilə bu kimi fikirlərin yanlış olduğunu sübut etməlidirlər”

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!