Nizami Xudiyev koronavirusa yoluxub?

saytların hazırlanması

Evə çatdırılma

Nizami Xudiyev koronavirusa yoluxub?

Sağlamlıq

03 May 2020 13:39 1450


Filologiya elmləri doktoru, professor Nizami Xudiyevin COVİD-19 pandemiyasına yayıldığı iddia olunur. İddialara görə, professor koronavirus infeksiyasına çətinliklə olsa da, qalib gələ bilib.

“Yeni Sabah” xəbər verir ki, Modern.az səslənən iddialara cavab almaq üçün Nizami Xudiyevlə əlaqə saxlayıb. Professor açıqlamasında belə bir halın baş vermədiyini bildirib:

"Bilmirəm, bu yalanı kim yayıb?!  Kimin yaydığını bilsəm, ona nə deyəcəyimi yaxşı bilirəm. Koronavirusa yoluxmamışam”. Toyuqlu pizza

Nizami Xudiyev koronavirus pandemiyasının tüğyan etdiyi dönəmlərdə xəstələnmədiyini də deyib: "Heç qrip də olmamışam”.

Qeyd edək ki, Nizami Xudiyev O, 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 1995-2010-cu illərdə (15 il) Milli Məclisin deputatı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!